“Qarabağ”ın 2 futbolçusu komandadan ayrıla bilərmiş.Sport1.az-a daxil olan məlumata görə, həm Nəriman Axundzadəyə, həm də Toral Bayramova Avropa klublarından təkliflər olub. Polşanın təmsilçisi – “Lex”, “Rakuv” və “Legiya” sol cinah müdafiəçisinə “elçi düşüb”. Hətta Ağdam təmsilçisinə onunla bağlı rəsmi təklif də göndərilib.
Bundan başqa, “Qarabağ”ın və milli komandanın üzvü Nəriman Axundzadəyə də adı açıqlanmayan Norveç və Belçika klublarından təkliflər gəlib. Lakin Qurban Qurbanov hər iki futbolçunun ona lazım olduğunu bildirib. Bu səbəbdən “Köhlən atlar” təklifləri geri çevirib.
Sport1.az