Bu yay “Mançester Yunayted” və “Vest Hem” arasında ABŞ-da keçirilən (2:1) yoldaşlıq matçında yeni rekord qeydə alınıb.
Sport1.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Şərqi Ruterfordda oynanılan görüşü 82 min 566 azarkeş izləyib. Nəticədə oyun 2025-ci ilin ən çox azarkeş cəlb edən matçı olub.
Bu göstərici hətta 81 min 118 nəfərin toplaşdığı PSJ və "Çelsi" arasında keçirilən klublararası dünya çempionatının finalın oyununu da keçib. Matça marağın artması qismən daha sərfəli biletlərlə bağlı olub. Yoldaşlıq oyununa giriş 77 dollardan, dünya çempionatının final matçına giriş isə 200 dollardan başlayırdı.
Sport1.az