İngiltərə təmsilçisi "Çelsi" 19 yaşlı qapıçısı Mayk Pendersi icarə əsasında Fransa kollektivi "Strasbur"a göndərib.
Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Gənc qolkiper 2025/2026 mövsümünün sonunadək Liqa 1 komanasının şərəfini qoruyacaq.
Qeyd edək ki, M.Penders yayda klublararası dünya çempionu olan "Çelsi"nin heyətində yer alıb. Ötən mövsümü isə icarə əsasında ölkəsi Belçikanın "Genk" klubunda keçirib.
Sport1.az