"Sumqayıt"ın sabiq futbolçusu Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.
Sport1.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Dinamo"ya (Tbilisi) keçib.
Gürcüstanlı futbolçu ötən ilin sentyabrında "Sumqayıt"a transfer olunmuşdu. Onun Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti "1+2" illik idi.
Qeyd edək ki, yarımmüdafiəçi "Sumqayıt"ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.
Sport1.az