“Zirə” futbolçusu Salifu Sumanın gələcəyi ilə bağlı qərar qəbul edib.
Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı hücumçu ilə yollarını ayırıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Suma İsveçin “Malmö” klubuna transfer olub. Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.
“Zirə” Salifuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, qvineyalı forvard 2023-cü ilin yayından "Zirə"də oynayırdı.
Xatırladaq ki, Bakı klubu bu yay Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli və Yusuf Lavalla da vidalaşıb.
Sport1.az