Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Araz-Naxçıvan" "Aris"i məğlub etdi - 2:1.
Hamidu Keyta qarşılaşma ilə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Düşünürəm ki, hər iki tərəf də çox yaxşı oynadı. Qalib gəlməyə layiq olan tərəf biz idik və buna da bacardıq. Hesabda geri düşdük, bir anlıq çətinlik yaşadıq. Sonra təşvişdən qurtularaq 2 qol vurduq. Hələ heç nə bitməyib. Səfərdə də qalib gələrək nəyə qadir olduğumuzu göstərməliyik"
Fransalı klubdakı ab-havayla bağlı fikirlərini də bildirdi:
"Azərbaycana qayıtdığım üçün çox xoşbəxtəm. Çalışdığım qədər komandama kömək etmək istəyirəm. Hər oyun əlimdən gələnin ən yaxşısını etmək üçün mübarizə aparıram. Ümid edirəm növbəti mövsüm bizim adımıza hər şey yaxşı olacaq."
EMİN ZEYNALLI
Sport1.az