İngiltərə təmsilçisi “Mançester Yunayted” heyətinə gənc futbolçu cəlb edib.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Fransa “Havr”ının gənclər komandasında çıxış edən 18 yaşlı hücumçu Enzo Kan-Biyikin transferini rəsmiləşdirib.
Fransalı oyunçu ilə 2030-cu ilin yayınadək müqavilə imzalanıb.
O, növbəti mövsümü icarə əsasında İsveçrənin “Lozanna” komandasında keçirəcək.
Sport1.az