“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 31 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.
Sport1.az