İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel Martinelli karyerasını İspaniyada davam etdirə bilər. Sport1.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Barselona” yay transfer dönəmində hücumçuya görə 45 milyon avro təklif etməyə hazırdır.
“Arsenal” rəhbərliyi hücum xəttində planlaşdırılan dəyişikliklər üçün vəsait toplamaq məqsədilə braziliyalı forvardın satışını nəzərdən keçirir.
Sport1.az