PSJ-nin futbolçusu Uorren Zair-Emeri Avropanın böyük klublarının transfer siyahısına düşüb.Sport1.az xəbər verir ki, "Arsenal", "Mançester Siti", "Bavariya" və "Real" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.
Adıçəkilən klublar Zair-Emeri üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. Gənc oyunçunun müqaviləsində 90 milyon avroluq sərbəsstqalma məbləği var.
Qeyd edək ki, Uorren Zair-Emeri PSJ-nin yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.
Sport1.az