Qırğızıstan çempionatında XVI turun oyunları keçirilir.
Sport1.az xəbər verir ki, azərbaycanlı futbolçular Mirbadulla Abbasov və İlkin Muradovun formasını geyindiyi “Abdış Ata” bu turda Orxan Əliyevin çıxış etdiyi “Ozqon”la qarşılaşıb. Görüş “Abdış Ata”nın qələbəsiylə başa çatıb – 1:0.
Muradov və Əliyev görüşə start heyətdə çıxıb. Mirabdulla isə ikinci hissədə meydana daxil olub.
“Abdış Ata” 16 oyundan sonra 32 xalla 3-cü sıradadır. “Ozqon” isə 22 xalla 7-cidir.
Sport1.az