“Turan Tovuz”dan ayrılan Orxan Əliyevin yeni klubu məlum olub.
Sport1.az xəbər verir ki, o, Qırğızıstan təmsilçisi “Ozqon”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əliyevlə müqavilənin detalları açıqlanmayıb.
Hücumçu daha əvvəl “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi klubların formasını geyinib.
Daha əvvəl Mirabdulla Abbasov və İlkin Muradov bu ölkənin “Abdış Ata” klubu ilə müqavilə imzalayıb.
Sport1.az