İtaliya nəhəngi “Yuventus” yanvar transfer pəncərəsi üçün cinahdakı seçimlərini gücləndirməyi planlaşdırır.
Sport1.az xəbər verir ki, Turin klubu baş məşqçi İqor Tudorun istəyilə "Bavariya"nın çox yönlü müdafiəçisi Rafael Gerreyronu transfer etmək niyyətindədir.
31 yaşlı portuqaliyalının klubla müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə olsa da, tərəflərin anlaşmanı uzatması gözlənilmir. Buna görə də oyunçunun yanvarda endirimli qiymətə satılacağı bildirilir.
Gerreyro bu mövsüm Bundesliqada cəmi bir neçə dəfə ehtiyat oyunçular skamyasından meydana daxil olub. Keçmiş "Dortmund Borussiya"sı futbolçusu indiyədək 200-dən çox Bundesliqa, 100-dən çox Liqa 1 və 57 Çempionlar Liqası matçında iştirak edib. O, həm cinah müdafiəçisi, həm də mərkəzi yarımmüdafiəçi kimi çıxış edə bilir.
"Transfermarkt"ın məlumatına görə, onun hazırkı bazar dəyəri 8 milyon avrodur.
Sport1.az