"Borussiya Dortmund" növbəti transferini rəsmiləşdirib.Sport1.az xəbər verir ki, komanda "Vulverhempton"dan Fabio Silvanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 22,5 milyon avro ödəyib.
Qeyd edək ki, Silva "Vulverhempton"a 2020-ci ildə "Portu"dan 40 milyon avro qarşılığında transfer olmuşdu.
Sport1.az