Almaniya Bundesliqasının 34-cü və sonuncu turunda “Ayntraxt” səfərdə “Frayburq”u məğlub edib.Sport1.az xəbər verir ki, qonaqların qollarını 45-ci dəqiqədə Ansqar Knrauff, 61-ci dəqiqədə Rasmus Kristensen, 63-cü dəqiqədə isə Ellyes vurub.
Meydan sahiblərinin isə yeganə qolu 27-ci dəqiqədə Ritsu Doandan gəlib.
Bu oyundan sonra “Ayntraxt” 60 xalla 3-cü pilləni təmin edib və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. 55 xalda qalan “Frayburq”un isə 5-ci yerdə qərarlaşaraq Avropa Liqasında mübarizə aparacağı dəqiqləşib.
Sport1.az