Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniya klubunda qol sevinci yaşayıb.Sport1.az xəbər verir ki, “Kayzerslautern” Almaniya Kubokunun I raundunda səfərdə FSV “Ayntraxt”la qarşılaşır. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Matçın ilk hissəsində fərqlənən Mahir Emreli 15-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı artırıb. Bu, 26 yaşlı forvardın “qırmızı şeytanlar”ın heyətində ilk rəsmi qolu olub.
Hazırda qarşılaşmada “Kayzerslautern” rəqibini 5:0 hesabı ilə üstələyir.
Qeyd edək ki, Mahir Emreli bu yay alman klubuna transfer olunub və əvvəlki iki oyunda fərqlənə bilməmişdi.
Sport1.az