Mahir Emreli yeni komandası “Kayzerslautern”in heyətində növbəti matçına çıxıb.Sport1.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün "Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.
Millimizin üzvü əsas heyətdə yer alıb. Forvard komandasının 6-cı qolunu vurub.
Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslautern”in xeyrinə başa çatıb.
Qeyd edək ki, bu, komandanın 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub.
Sport1.az