Almaniyanın məşhur idman nəşri "Kicker" tərəfindən keçirilən illik sorğuda Bundesliqada çıxış edən 218 futbolçu iştirak edib. Sport1.az xəbər verir ki, səsvermə anonim aparılıb və iştirakçılar "ilin ən yaxşı futbolçusu", "ən məyusedici oyunçu" və digər müxtəlif mövzularda öz seçimlərini ediblər.
Sorğunun nəticələrinə əsasən, Bundesliqada mövsümün ən yaxşı futbolçusu kimi 28,2 faiz səs toplayan "Bayer"in gənc ulduzu Florian Virts seçilib.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən həftə Almaniya Futbolçular Birliyi (VDV) tərəfindən də ardıcıl ikinci dəfə eyni mükafata layiq görülmüşdü.
İkinci yerdə isə 26,4 faiz səslə "Bayern"in futbolçusu Maykl Olise qərarlaşıb.
Digər diqqətçəkən adlar arasında "Ayntraxt"dan Omar Marmuş (4,2%), "Ştuttqart"dan Seru Girassi (4,2%), "Bayern"in hücumçusu Harri Keyn (3,7%) və "Verder"in gənc istedadı Nik Voltemade (3,7%) yer alıb.
Sport1.az