Almaniya II Bundesliqanın 34-cü - sonuncu turunda “Nürnberq” səfərdə “Braunşveyq” ilə qarşılaşıb.
Sport1.az xəbər verir ki, Mahir Emreli oyuna start heyətdə başlayıb və qarşılaşmada het-trik edib.
Millimizin hücumçusu 10, 21 və ilk hissəyə əlavə edilən 1-ci dəqiqədə fərqlənib.
Görüş “Nürnberq”in 1:4 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Emreli II Bundesliqada 24 oyuna çıxıb və 10 qola imza atıb.
Sport1.az