"Bu, bizim ümid etdiyimiz nəticə deyildi. Ancaq hər məğlubiyyət bir dərs deməkdir".
Sport1.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda bu gün keçirdiyi növbəti oyundan sonra öz sosial media səhifəsində yazıb.
Onun komandası 2-ci Bundesliqanın XXX turunda doğma azarkeşlər önündə "Paderborn" olduqca cavab görüşdə qələbəni əldən verib. Hesabı 2-ci dəqiqədə Mahir açsa da, "Nürnberq" ardıcıl 3 qol buraxıb. Həmyerlimizin 90-cı dəqiqədə dublu rəsmiləşdirməsi də məğlubiyytədən qaçmaq üçün kifayət etməyib (2:3).
Emreli matçdan sonra hisslərini belə bölüşüb: "Mübarizəmlə, komandamla fəxr edirəm! Biz daha güclü qayıdacağıq. Dəstəyinizə görə təşəkkürlər!".
Qeyd edək ki, Mahir ötən ilin yayında Zaqreb "Dinamo"sundan "Nürnberq"ə transfer olunub. O, Almaniya klubunun heyətində bütün turnirlərdə 21 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
Sport1.az