Misli Premyer Liqasının 35-ci turunda "Şamaxı" "Araz-Naxçıvan"a məğlub oldu - 0:1.Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqşisi Elmar Baxşıyev mətbuat konfransında çıxış etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Konfrans Liqasına vəsiqə qazanmağımız Naxçıvan adına sevindiricidir. Rəhbərliyimizi təbrik edirəm. Bizə inandılar, bizə güvəndilər. Komanda şəklində bizi nə gözlədiyini bilirdik. Ümumilikdə, futbolçularımız bu gün mövsüm ərzində istədiyim oyunu sərgilədilər. Düşünürəm ki, komanda kimi daha yaxşı ola bilərik".Məşqçi avrokuboklardakı hədəflərindən də danışdı:
"Konfrans Liqası barədə indi nə isə danışmağım tez olar. Gələcəklə bağlı yaxın günlərdə rəhbərliklə görüş olacaq. Orada bütün planları müzakirə edəcəyik".
Sport1.az