“Araz-Naxçıvan”ın futbolçusu Rahil Məmmədovun saytımıza müsahibəsini təqdim edirik...
-7-ci turda doğma publika qarşısında “İmişli”ni məğlub etdiz. Görüşlə bağlı fikirlərin maraqlıdır...
-Bizim üçün çətin oyun oldu. İmişli təmsilçisi debütant olsa da, istənilən komandaya başağrısı olmağı bacaran klubdur. 90 dəqiqə ərzində çox əziyyət çəkdik və şükürlər olsun ki, layiqli qələbə qazandıq.
-Artıq komandaya tam uyğunlaşmısanmı?
-Hiss edirəm ki, adaptasiya olunmuşam.
-Arxada qalan 7 turda cəmi bir matçda məğlub olmusuz, hazırda yaxşı performans sərgiləyirsiz. Mövsümdə hədəfiniz nədir?
-Oyundan-oyuna daha da artırmalı, inkişaf etməliyik. Məqsədimiz avroliqaya vəsiqəni təmin etməkdir və bunun üçün əlimizdən gələni edirik.
-Səncə, elitada səviyyə yüksəlibmi?
-Hələ çempionatın əvvəlidir, bu barədə qəti nəsə demək olmur. Mövsümün sonunu gözləmək və avrokuboklara vəsiqəni təmin edəcək klublarımızın beynəlxalq oyunlardakı çıxışı, nəticələri nəzər yetirmək, müqaisə aparmaq lazımdır. Məhz bu halda dəqiq nəsə demək olar. Amma arxada qalan 7 tura nəzər salsaq, oyunlar maraqlı və gərgin keçir.
-Sabiq komandan “Qarabağ” Çempionlar Liqasında qələbələr sıralayır, bu barədə nə deyərdin?
-Buna ancaq sevinmək və uğurlar azrulamaqdan başqa nə deyə bilərik?
-Bundan sonrakı qarşılaşmalarda da “süvarilər”in rəqiblərini sıradan çıxaracağını düşünürsənmi?
-“Qarabağ”ın irəlidəki oyunlar da qələbələr qazanacağını və tarix yazacağına inanıram.
-Yığmada Ayxan Abbasova müvəqqəti təyinatı açıqlandı. Ölkənin əsas komandasını qarşıla Fransa və Ukrayna seçmələri ilə çətin oyunlar gözləyir. Bu barədə nə deyərdin?
-Ayxan müəllimə yeni işində uğurlar arzu edirəm. Hər iki səfər matçında yaxşı hazırlaşıb, rəqiblərə qarşı diş göstərməyə çalışacağıq.
Mirzə S.
Sport1.az