"Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə, fikrimcə, "Sabah" "Neftçi"dən güclü rəqibdir".
Sport1.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 6-cı turunda "Sabah"la görüşdən (1:1) sonra keçirilmiş mətbuat konfransında bunları dedi.
"Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar. "İmişli" və "Neftçi" ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma "Sabah"la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var. İşimizi görürük".
Sport1.az