"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turunda "Kəpəz"ə 5:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Milli fasilədən öncə qalib gəlmək vacib idi. Biz "Kəpəz"dən daha hazırlıqlı idik. Çünki iyun ayının ortalarında yeni mövsümün hazırlığına başlamışıq. Bizim futbolçuların rəqibdən daha hazırlıqlı olması normaldır. Bu, oyunun gedişatına təsir edirdi. Bilirik ki, rəqibdə seleksiya gec oldu. Hətta son günlərdə iki yaxşı oyunçu transfer ediblər. Düşünürəm ki, "Kəpəz" 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq. Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər. Nəticə və oyun iki komanda arasındakı fərqin göstəricisi deyil. "Kəpəz"ə növbəti turlarda uğurlar arzulayıram".
Sport1.az