"Karvan"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 2-ci turunda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə aparıb lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".
Sport1.az