"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 2-ci turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Sabah" ailəsini, uzaq səfərə gələn azarkeşləri təbrik edirəm. Dörd ilə yaxındır ki, Şamaxı səfərində qalib gələ bilmirdik. Mənim üçün çox xoş oldu. Meydanda görmək istədiklərimizin hamısını gördük. "Şamaxı" çox çətin rəqibdir. Bura gələn komandalar meydanda yüz faizini verməsə, qarşılarında inadkar "Şamaxı" görəcəklər. Rəqib yaxşı təşkilatlanmış və intizamlı komandadır. Onlar yaxşı müdafiə olunurlar. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində çox işləmişdik. Topa nəzarət bizdə idi. İkinci hissədə rəqibin müdafiəsində boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu qoldan sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Hiss edirdik ki, böyük səhvlər etməsək, buradan qələbə ilə qayıda bilərik. Artıq növbəti oyuna köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar mövsümə pozitiv hisslərlə başlayıb. Səfərdə qazanılan 3 xal bizi sevindirir".
Sport1.az