Çempionlar Liqasının pley-offunda “Qarabağ” “Ferentsvaroş”la üz-üzə gələcək. Ağdam təmsilçisi bu kollektivi keçərsə, U-19 komandası da UEFA Gənclər Liqasında iştirak edəcək. Bu səbəbdən də Rəşad Sadıqov indidən komandasını hazırlamağa başlayıb.
Sport1.az-a daxil olan məlumata görə, baş məşqçi turnirdə iştirak etmək potensialı olan kollektivi gücləndirmək istəyir. Sadiqovun hədəfində 4 legioner var. Həmçinin, əsas komandadan Amin Rzayev və Hikmət Cəbrayılzadə də kollektivlə birgə UEFA Gənclər Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Rəşad Sadiqov ötən mövsüm “Qarabağ”ın U-17 komandasını çalışdırıb.
XƏLİL İBADLI
Sport1.az