"Qarabağ" yeni futbolçu ilə anlaşıb.
Sport1.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
İddiaya görə, Ağdam klubu Albaniyanın "Dinamo Siti" komandasında çıxış edən Baton Zaberqa ilə razılığa gəlib.
Kosovodan olan 24 yaşlı hücumçu müqavilə bağlamaq üçün yaxın vaxtlarda Bakıya gələcək.
Zaberqa ilə APOEL, "Makkabi Tel-Əviv" və "Hayduk" kimi komandalar da maraqlanır.
Sport1.az