Kosta Rika millisinin futbolçusu Dieqo Kampos karyerasını Azərbaycanda davam etdirə bilər.
Sport1.az xəbər verir ki, “Qarabağ”ın sol vingerinə maraq göstərir.
Bu barədə məlumatı “La Nacion” nəşri yayıb.
Ağdam klubunun 29 yaşlı futbolçunun məxsus olduğu Kosta Rika yüksək liqa təmsilçisi “Alaxuelense”yə təklif irəli sürdüyü də qeyd edilir. Tərəflərin danışıqlar apardığı iddia olunur. Kamposun klubu ilə 2025-ci ilin dekabrına kimi müqaviləsi var.
Vinger 2024/25 mövsümündə “Alaxuelense”də bütün turnirlərdə 59 oyun keçirib, 20 qol vurub və 3 məhsuldar ötürmə edib. O, millidə 3 matçda 1 dəfə rəqib qapısına yol tapıb.
Sport1.az