Rumıniyanın “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik “Kəpəz”lə danışıqlar apardığını etiraf edib.Sport1.az “prosport.ro” portalına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis yenidən Azərbaycanda işləyə biləcəyini deyib:
“Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da sanki könüllü işləyirəm”.Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.
Daha əvvəl “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin üç illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər yayılmışdı.
63 yaşlı mütəxəssis əvvəllər “Xəzər-Lənkəran”da çalışıb.
Sport1.az