“Sumqayıt” növbəti mövsüm üçün transfer axtarışlarını davam etdirir.Sport1.az xəbər verir ki, Bobir Abdixolikov, Cəsurbek Cəloliddinov və Momo Yansanenin gedişindən sonra komandaya yeni futbolçuların cəlb olunması üçün çalışmalara başlanılıb.
Sözügedən oyunçuların komandadan ayrılmasından sonra hücum xəttində daha çox boşluqlar yaranıb. “Kimyaçılar” həmin mövqe üçün keyfiyyətli hücumçu axtarmaqdadır.
MURAD ABDULLAZADƏ
Sport1.az