Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.Sport1.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk görüşündə “Kəpəz” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Digər oyunda isə “Qarabağ” “Araz-Naxçıvan”a 2 cavabsız qolla qalib gəlib - 2:0.
Misli Premyer Liqası, 34-cü tur
“Kəpəz” 1 - 0 “Sumqayıt”
Qol: Rauf Hüseynli 11’ (pen)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu
“Qarabağ” 2 - 0 “Araz-Naxçıvan”
Qol: Musa Qurbanlı 35’, Aleksey Kaşuk 59’
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabbarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Qnar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
“AZƏRSUN” Arena
Sport1.az