AFFA-nın Lisenziya Komissiyası cari mövsüm I Liqada çempion olan "Qəbələ"yə, müvafiq olaraq ikinci, üçüncü pillələrdə yer alan "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına icazə verib.Sport1.az xəbər verir ki, bu barədə qərar Lisenziya Komissiyasının bugünkü iclasında qəbul edilib.
Toplantıda 2025/2026r mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakı qərarları qəbul edib:
Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Sportinq”, “Difai”, “İmişli”, “Karvan”, “Kəpəz”, “Qəbələ”, “Səbail”, “Şamaxı".
Sport1.az