Bu gün yığmamız DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək. Polşanın Krakov şəhərində millimiz Ukraynanın qonağı olacaq.
Komandamız bu görüşdə qələbə qazana bilər? Qarşılaşmada hansı nəticə qeydə alınacaq? Suallarımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Fransa ilə çətin səfər oyunu keçirdik. Bir neçə aparıcı oyunçular 90 dəqiqə meydanda mübarizə apararaq çox güc sərf etdilər. Futbolçuların 3 gün içində bərpa olaraq növbəti matça yaxşı köklənəcəklərini düşünürəm. Təbii ki, müəyyən rotasiyalar da gozlənilir. Ayxan Abbasovun gəlişindən sonra yığmada milli ruh, əzmkarlıq artıb. Hesab edirəm ki, komandamız Fransa ilə qarşılaşmadan fərqli olaraq Ukrayna seçməsi ilə görüşdə tək müdafiədə yox, hücumda da səriştəli olacaq. Şans həmişə var. Düşünürəm ki, əzmkarlıq göstərməklə xal götürməyi bacaracağıq". MİRZƏ S.
Sport1.az