FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. Sport1.az xəbər verir ki, 0, 17 yaşadək qadınlar arasında Avropa Çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Sport1.az