Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına açıqlama verib.
Sport1.az xəbər verir ki, "championat.com"a danışan millimizin qolkiperi Ronaldo ilə Mbappeni müqayisə edib:
“Fransalı çox güclüdür. Televizorda onun sürəti realda olduğu kimi hiss olunmur. Çox iti və çevikdir. Məncə, Fransa və Portuqaliya yığmaları güc baxımından bərabərdir. Fərq ondadır ki, biz portuqaliyalılarla qarşılaşanda Ronaldo artıq driblinq edən deyil, daha çox qolçu funksiyasını yerinə yetirirdi. Mbappe isə indi özünün ən yaxşı formasıdadır”.
Sport1.az