Bu gün Dünya Çempionatının seçmə mərhələsinin Avropa zonasının D qrupunda Azərbaycan millisi səfərdə Ukrayna ilə qarşılaşacaq.
Polşada keçiriləcək görüşdə Ayxan Abbasovun 5-4-1 taktiki sxemindən istifadə etməsi gözlənilir.
Qapıda böyük ehtimal Şahruddin Məhəmmədəliyev dayanacaq. Hazırda yığmanın heyətində elə ən güclü "Qarabağ"ın qolkiperidir.
Müdafiənin solunda Elvin Cəfərquliyev yer alacaq. "Köhlən atlar"ın üzvü burada ölkənin ən yaxşısıdır. Mərkəzdə Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Elvin Bədəlov üçlüsü çıxış edə bilərlər. Müdafiənin sağında Qismət Alıyevin oynamaq ehtimalı böyükdür.
"Neftçi"nin üzvü Murad Xaçayev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək. Ondan bir qədər öndə Emin Mahmudov hücumların qurulmasına kömək edəcək. "Qarabağ"ın daha bir üzvü Toral Bayramov sol, Ayxan Abbasovun sevimli oyunçusu olan Rüstəm Əhmədzadə isə sağ vinger kimi top qovacaq. Hücumun mərkəzində isə Mahir Emreli yer alacaq.
Abdulla Xaybullayev Fransa zədələnərək meydanı tərk etdiyi üçün bu görüşdə iştirak etməsi sual altındadır. Ayxan Abbasov yəqin ki, riskə getməyəcək. Dağıstanlı oyunçu bu görüşdə ehtiyatda qala bilər.
Qeyd edək ki, Renat Dadaşov, İsmayıl İbrahimli, Səbuhi Abdullazadə və zədələnən Rahil Məmmədov millinin heyətindən çıxarılıb.
MİKAYIL HACIYEV
Sport1.az