"Fənərbağça" Robert Levandovskini heyətinə qatmaq istəyir.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi Cenk Tosunun heyətdən kənardan qalması, Con Duranın icarə müqaviləsinin bitməsi və En-Nesirinin ayrılığının gündəmə gəlməsindən sonra hücumçu axtarışındadır.
Polşalı forvardın qış " transfer pəncərəsi"ndə keçidi elə də real görünməsə də, "sarı lacivərtlilər" yayda 37 yaşlı hücumçunu rənglərinə bağlamaq üçün əlindən gələni edəcək.
Sport1.az