İlk oyunda Masazır klubu Bolqarıstan təmsilçisinə məğlub olmuşdu – 0:1.Sofiyadakı qarşılaşmada “bayquşlar” hansı səbəbdən məğlub oldu? Bu günkü görüşdə komandamız qələbə qazana biləcək?
Suallarımızı “Sabah”ın üzvü Boyan Letiçə ünvanladıq. Müdafiəçi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Səfərdəki görüş çətin keçdi. Məncə, ilk hissədə rəqibdən daha yaxşı oynadıq və taktiki baxımdan onları təəccübləndirdik. Qol vurmaq üçün daha yaxşı imkanlarımız var idi. İkinci yarıda oyuna meydan sahibləri nəzarət etdilər. Buna baxmayaraq, dəyərləndirə bilmədiyimiz yüz faizlik qol imkanımız oldu. Həmin epizodlarda qol vura bilsəydik, qalib gələcəkdik. Təəssüf ki, futbol belədir. Burada son dəqiqə qolu ilə məyus olmaq da var. Əsas vaxta əlavə olunan 8 dəqiqənin sonuncu saniyələrində qapımızda top görməyimiz bizi məyus etdi. İndi toparlanmış və cavab oyununa yaxşı hazırlaşmışıq. Düşünürəm ki, “Levski”ni keçmək şansımız çoxdur”.MİRZƏ S.
Sport1.az