"Real Madrid"in gənc hücumçusu Endrik qış "transfer pəncərəsi"ndə icarə əsasında komandanı tərk edə bilər.Sport1.az xəbər verir ki, 19 yaşlı oyunçu ilə "Yuventus" yaxından maraqlanır.
Braziliyalı futbolçu Madrid təmsilçisinin heyətində bu mövsüm bir dəqiqə belə oynamayıb. Bu səbəbdən də o, daha çox oynaya biləcəyi klubda çıxış etmək istəyir.
Qeyd edək ki, Endrik Madrid "Real"ına 2024-cü ildə "Palmeyras"dan 47.5 milyon avroya transfer edilib.
Sport1.az