Dünya Çempionatı / Manşet
09:05
13.10.2025
56
Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sport1.az xəbər verir ki, bu gün D qrupunda 4-cü turun qarşılaşmaları baş turacaq.
Azərbaycan millisi səfərdə Ukraynanın qonağı olacaq. Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Üç oyundan sonra Ukrayna 4 xalla 2-ci, Azərbaycan 1 xalla 4-cü pillədə qərarlaşıb. İki komanda arasında sentyabrın 9-da Bakıda keçirilmiş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
DÇ-2026, seçmə mərhələ
D qrupu
13 oktyabr
22:45. Ukrayna - Azərbaycan
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Kristian-Petru Çiokirça
(Hakimlər briqadası Avstriyadandır)
“Krakoviya” stadionu.
Sport1.az