Bu gün yığmamız DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək. Polşanın Krakov şəhərində millimiz Ukraynanın qonağı olacaq.
Komandamız bu görüşdə qələbə qazana bilər? Qarşılaşmada hansı nəticə qeydə alınacaq? Suallarımızı İlham Yadullayevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bakıdakı matçda Ukrayna millisinə qarşı yaxşı mübarizə apararaq xal götürməyi bacarmışdıq. Yəni, psixoloji cəhətdən üstünlük bizdədir. Ukrayna seçməsi Fransa qədər super güclü olmasa da, möhkəm komandadır. Düşünürəm ki, meydanda sona kimi mübarizə apararaq bir xal götürməyi bacaracağıq". MİRZƏ S
Sport1.az