Niderland millisinin hücumçusu Memfis Depay yeni rekorda imza atıb.Sport1.az xəbər verir ki, 31 yaşlı forvard dünən Finlandiyaya qarşı 4:0 hesablı başa çatan oyunda 1 qol və 2 məhsuldar ötürmə edib. Bununla da Depay milli komanda tarixində ən çox assist edən oyunçu oldu.
Qeyd edək ki, Memfis həm də Niderland millisinin bombardiridir.
Sport1.az