Çempionlar Liqası / Manşet
17:25
19.08.2025
202
Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”un qonağı olacaq.Ağdamlılar bu görüşdə qələbə qazana biləcək? Macarlar “köhlən atlar”a hansısa problem yarada bilər? Suallarımızı Vaqif Sadıqova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Qarabağ” Macarıstanda tarixi oyuna çıxacaq. Təmsilçimiz matça yaxşı köklənib, ənənəvi oyun üslubunu sərgiləməklə rəqibini cəzalandırmağa çalışacaq. Cavab görüşü üçün səfərdən yaxşı nəticə ilə qayıtmağımız vacibdir. Təbii ki, “Ferentsvaroş” ağdamlıların gücünü bir dəfə görüb. Onları məğlub edərək mərhələ adlamışıq. Əminəm ki, macarlar bunu yaxşı xatırlayırlar. Onlar revanş almaq üçün diş göstərəcəklər. Ehtiyyatı əldən verməyərək, rəqibin planlarını pozaraq uğur qazanmağa fokuslanmaq lazımdır”.MİRZƏ S.
Sport1.az