İki gün öncə Azərbaycan seçməsi DÇ-2026 seçmə mərhələsinin ilk oyununda səfərdə darmadağın oldu (5:0).
Qarşılaşma haqqında və yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfrasında açıqlaması ilə bağlı veteran futboçu Zaur Həşimov
Sport1.az – fikirlərini bildirdi:
“Təəssüf ki, yığmamız İslandiya millisi ile oyunda ağır məğlubiyyət aldı. Oyunda baş verənləri izləmək mənim üçün çox çətin idi. Amma mənə daha çox təsir edən baş məşqçimizin rahatlığı, jurnalistlərimizə verdiyi cavablar idi.Odur ki, darmadağın olduğumuz matç barədə danışmaq istəmirəm. Əsas məsələ millimizin baş məşqçisinin bizə yanaşma tərzidir.Onun meydanda futbol adına hər hansı bir işini görmədik. Üstəlik portuqaliyalı motivasiya cəhətdən də komandanı oyuna kökləyə bilmir. Bu ağır məğlubiyyətdən sonra Santuşun xalqəmızdan üzr istəmək əvəzinə durub kinayəli danışığı,vecsizliyini qəbul edə bilmərik. Mene tesir eden odur ki Santuşdan qabaq De Byazi də bizə qarşı eyni münasibət göstərirdi. Onları ölkəmizə maddiyyatdan başqa heç nə bağlamır. Buna baxmayaraq, Azərbaycanın əsas komandası hələ də legioner baş məşqçilərə həvalə olunur, özü də son dövürlər işlədiyi hər yerdən qovulan məşqçilərə üstünlük verilir. Bu gün səhv seçimin acısını yaşayırıq. Təssəvvür edin bizi qarşıda daha güclü Fransa və Ukrayna milliləri ilə oyunlar gözləyir. “AFFA istəsə danışarıq” deyən bir məşqçinin qarşıdakı matçlara futbolçuları necə hazırlayacağını düşünmək belə istəmirəm. Fikrimcə, federasiya qısa bir zamanda baş məşqçi barəsində qərar verməlidir. Ümid edirəm ki, köhne ssenari ilə Santuş “mən elə demək istəməmişəm“ açıqlamasını verib, işinə davam edəcəyini görməyəcəyik. Yoxsa daha biabırçı nəticələrə şahidlik edəcəyik”.
Mirzə S.
Sport1.az