I Liqanın 3-cü turunda "Baku Sportinq" doğma meydanda debütant "Şimal"ı qəbul etdi.
Sport1.az-ın məlumatına görə, görüş meydan sahiblərinin böyük hesabla (4:1) qələbəsi ilə başa çatdı. Matçda fərqlənən Xəyyam Məmmədli qarşılaşma ilə bağlı fikirlərini saytımıza açıqladı:
"I Liqada bütün oyunlar gərgin keçir. Odur ki, debütant olmasına baxmayaraq, "Şimal"la qarşılaşmaya ciddi hazırlaşmışdıq. Oyuna yaxşı başladıq və erkən qol vurduq. Hesabda öndə olmağımıza baxmayaraq, arxayınlaşmadıq və irəliləyərək təzyiqi davam etdirdik. Nəticədə daha 3 dəfə rəqibi meydanın mərkəzinə dəvət etdik. Matçda qol vuraraq fərqlənməyimə və komandama fayda verdiyim üçün ayrıca xoşbəxtəm. Düşünürəm ki, hər tura yaxşı hazırlaşaraq və meydanda maksimum nəticə qazansaq, çempionluğa iddia edə bilərik".
Sport1.az