İspaniya millisinin 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı oynayacağı oyunlar üçün heyəti açıqlanıb.Sport1.az xəbər verir ki, "Barselona"nın hücumçusu Lamin Yamalın da adı ərizəyə əlavə edilib.
Kataloniya təmsilçisinin baş məşqçisi Ansi Diter-Flik 18 yaşlı futbolçunun Türkiyə ilə oyundan zədələnməsindən sonra İspaniya millisinin meneceri La Fuenteni tənqid etmişdi.
İspaniyalı mütəxəssisin cavabı isə belə olub: Ansinin mənim haqda dedikləri yadımda deyil. Açığı, bu məni maraqlandırmır".
Sport1.az