UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda PSJ səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.Sport1.az xəbər verir ki, parislilərin yarımmüdafiəçisi Vitinya oyundan sonra verdiyi açıqlamasında Yamal və Pedrinin görüşdən əvvəl səsləndirdiyi fikirlərə cavab verib:
"Belə şeylər baş verir. Qarşılaşmadan əvvəl hamı hər şeyi deyə bilər. Vecimizə deyil. Bu bizi maraqlandırmır. Yaxşı oyun oynamaq istədik. Bunu bacardıq və qələbə qazandıq. Buna görə xoşbəxtik".
Sport1.az