La-Liqa-nın VII turunda "Barselona" "Real Sosyedad"ı məğlub edib - 2:1Sport1.az xəbər verir ki, oyundan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Ansi Diter-Flik yarımmüdafiəçi Pedri haqda bu fikirləri səsləndirib:
"Pedri çox xüsusi oyunçudur. Komandada lider kimi formalaşır. Onu Meydanın hər yerində görürük. Komandanı idarə edir və harada olmalı olduğunu çox yaxşı bilir. Frenki ilə bir yerdə əla oyun qurur. Mən bu anlardan zövq alıram".
Sport1.az