Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.
Sport1.az xəbər verir ki, Qəbələdə keçirilən futbol yarışında 2-ci turun oyununda Azərbaycan Qırğızıstanı darmadağın etdi - 4:0.
Qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Sanzar Şarşivin görüş haqda fikirləri belə oldu:
"Gərgin oyun keçdi. İlk hissə istəklərimizi edə bildik. İkinci yarıda rəqib üstünlüyü əla aldı. Azərbaycan millisi güclü kollektivdir. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
Qırğızıstanlı məşqçi turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi:
"Hər şey mükəmməl səviyyədədir. Stadionlar, qaldığımız otel, yaradılan şərait əladır".
Sport1.az